Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Ekologiya.az-a bildirilib ki, hadisə Baş Layısqı kəndində baş verib. Kənd sakini, 65 yaşlı Sədiyyə Fəttahovaya məxsus ümumi sahəsi 56 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2 tona yaxın ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb, hadisənin başvermə səbəbi araşdırılır.