
Menstruasiya dövründə kofein, spirtli içkilər, duz və yağlı yeməklərdən uzaq durmaq lazımdır, çünki bunlar ağrını artıraraq ödemə səbəb ola bilər. Bu barədə NEWS.ru-ya Ximki Kliniki Xəstəxanasının qadın məsləhətxanasının həkim–akuşer-ginekoloqu Aida Musayeva məlumat verib.Mütəxəssis həmçinin simptomları yüngülləşdirmək üçün rasiona daha çox maye və dəmirlə zəngin məhsullar daxil etməyi tövsiyə edib.Hansılardan uzaq durmaq lazımdır?Kofein spazmları gücləndirə və orqanizmi susuzlaşdıra bilər.Spirt ağrını artıraraq qarında köpə səbəb ola bilər.Duz bədəndə maye yığılmasını artırır və ödem yaradır.Yağlı qidalar qarın ağrısını gücləndirə bilər.Ağrını necə azaltmaq olar?Daha çox maye, xüsusilə də bitki çayları (məsələn, çobanyastığı) için.Dəmir baxımından zəngin qidalar qəbul edin.İsti kompres və vannalar əzələləri rahatlada bilər.Yuxu rejiminizə diqqət edin və stressdən uzaq durun.Musayevanın sözlərinə görə, əgər ağrı çox güclüdür və keçmir, həkimə müraciət etmək vacibdir.Ulusum.az
Diqqət Çəkənlər
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Şahmar Ələkbərovun vəfatının 33-cü ildönümü qeyd olunur