AZ

Kredit bazarında dollarlaşma 1,4 faiz bəndi azalıb

BAKI, 13 avqust. TELEQRAF

Bu ilin iyun ayında manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faiz dərəcəsi 18,5 faiz, xarici valyutada yeni verilmiş kreditlər üzrə isə 6,4 faiz olub.

Teleqraf Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"-na əsasən xəbər verir ki, ilin birinci rübündə kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib.

Hesabat dövründə manatla kreditlərin həcmi 5,5 faiz artıb, xarici valyutada olan kreditlər isə 6,4 faiz azalıb.

İlin əvvəlindən xarici valyutada kreditlərin ümumi portfeldəki payı 1,4 faiz bəndi azalaraq iyunun sonuna 14 faiz təşkil edib. Ödəniş müddəti bitməmiş kreditlərdə manatla verilənlərin həcmi 16,5 faiz artdığı halda, xarici valyutada verilən kreditlər 9,1 faiz azalıb.

Seçilən
44
teleqraf.com

1Mənbələr