AZ

Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsə, hansı səbətdə qərarlaşacaq?

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

UEFA Çempionlar Liqasında artıq iki mərhələ adlayan "Qarabağ"ı indi Liqa mərhələsindən cəmi bir raund ayırır.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Macarıstan təmsilçisi "Ferentsvaroş"u mübarizədən kənarlaşdırsa, qitənin nəhəng klublarını Bakıya gətirəcək.

"Qarabağ" mərhələ adlayacağı təqdirdə, Liqa mərhələsinin püşkatması zamanı sonuncu - yəni dördüncü səbətdə yer alacaq.

Düzdür, ağdamlıların əmsalı turnirə əsas raunddan başlayacaq "Atletik Bilbao" (İspaniya) və "Nyukasl Yunayted"dən (İngiltərə) çoxdur. Lakin 32.000 əmsalı aşağıreytinqli komandalar sırasında yer almaq deməkdir.

Qeyd edək ki, Çempionlar Liqasında Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
oxu.az

2Mənbələr