AZ

Bu ilin yeddi ayında DSMF dən 76 minə yaxın elektron arayış alınıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 75 min 964 elektron arayış alınıb.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin arayışların 26 min 310-u pensiya, 23 min 671-i müavinət və təqaüd, 18 min 338-i fərdi şəxsi hesab, 3 min 453-ü ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 710-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 285-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 min 182-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
azertag.az

1Mənbələr