AZ

Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib - FOTO

Motosikletlə avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Dövlət Yol Poliis İdarəsindən məlumat verilib. BŞDYPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Seymur Cəfərov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Cəfərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.

Seçilən
3
48
bakivaxti.az

10Mənbələr