Dollar ucuzlaşır, avro bahalaşır.
Marja.az xəbər verir ki, ABŞ Mərkəzi Bankının (FED) sentyabr ayında faizlərini aşağı salacağına dair ehtimalın artması Dolların ucuzlaşmasına səbəb olur. Bu ehtimalın artması ABŞ-da inflyasiyanın düşməsilə əlaqədardır.
Belə ki, ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyul ayında illik müqayisədə 2.7% artıb. Analitiklər isə göstəricinin 2.8%-ə yüksələcəyini proqnozlaşdırmışdılar. Qiymətlərin daha yavaş artması investorları sakitləşdirib və onların sentyabr ayında Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 25 baza bəndi endirəcəyi fikrini gücləndirib. Bazar belə bir addımın ehtimalını təxminən 90% olaraq qiymətləndirir.
Bakı vaxtı ilə saat 11:35-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,3% artımla 1.1711 səviyyəsində olub.
Əlavə edək ki, 2025-ci ildə 1 avro ən ucuz (1.0243 dollar) 12 yanvarda, ən baha (1,1803 dollar) isə 1 iyulda olub.