ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Fələstin dövlətini tanımağı planlaşdıran Qərb ölkələri ilk növbədə öz daxili siyasətlərini rəhbər tuturlar.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Bu, simvolikdir və onlar bunu ilk növbədə bir səbəbə görə edirlər - bunu onlara daxili siyasət, daxili təzyiqlər təlqin edir. Böyük Britaniyada, Fransada, Avropanın bir çox yerlərində və İrlandiyada daxili siyasət çoxdan anti-İsrail və ya hər hansı bir xarakter daşıyır və onlara nəsə etmək üçün çoxlu daxili təzyiqlər var”, - deyə Rubio müsahibəsində bildirib.
O qeyd edib ki, sülhə gedən yol terrorçu qrupların hakimiyyətdən uzaqlaşdırılmasından başlayır. "Həqiqət budur ki, bu regionun gələcəyi BMT-nin hansısa qətnaməsi və ya... hansısa ölkənin baş naziri və ya prezidentinin mətbuata açıqlaması ilə həll olunmayacaq... Fələstin əraziləri terror təşkilatları tərəfindən idarə olunmayanda qərar veriləcək. Çünki bu, İsrailin təhlükəsizliyi ilə bağlıdır", - deyə Rubio bildirib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.