Bakı.Trend:
Motosikletlə avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib
Trend xəbərverir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxtərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digərhərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradanmotosiklet sürücüsü Seymur Cəfərov saxlanılıb.
"Sürücü barəsində Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtibedilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəməninqərarı ilə S.Cəfərovun sürücülük hüququ 1 il müddətinəməhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib", -məlumatda qeyd olunub.