"Eyüpspor"un qapıçısı Berke Özer karyerasını Fransada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Lill" klubu onu heyətinə qatmağa yaxındır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
B. Özer iki mövsümdür "Eyüpspor"da çıxış edirdi. Onun transfer haqqlarının 40 faizi "Fənərbağça"dadır.
Qeyd edək ki, "Lill" əsas qapıçısı Lyuka Şevalyeni PSJ-yə satıb.