AZ

Soyuducudan ərzaq götürmək istəyən qadını cərəyan vurub öldürdü

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Saatlı rayonunda 52 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaranuru kəndində baş verib.

Avqustun 13-də səhər saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Validə Abışova evindəki soyuducudan ərzaq götürmək istəyib. Qadın soyuducunun qapısını açarkən onu cərəyan vurub. Hadisə zamanı tək olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Qadın cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
8
oxu.az

9Mənbələr