Bakı, TurkicWorld
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə səfər edəcək.
TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, səfərin məqsədi açıqlanmayıb.
Qeyd edək ki, XİN rəhbəri yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə bu ilin yanvar ayında Türkiyəyə səfər etmişdi. Səfər çərçivəsində Şeybaninin Türkiyənin xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri ilə görüşlər keçirməsi nəzərdə tutulmuşdu.