AZ

“Ferensvaroş”un futbolçusu: “Bu turnirdə irəliləmək istəyirik”

“Avropa Liqasının qrup mərhələsinə vəsiqəni artıq təmin etmişik. Bu, bizim üçün əhəmiyyətli mərhələdir”.

Msport.az xəbər verir ki, bunu “Ferensvaroş”un futbolçusu Szalai Qabor deyib.

25 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirib: “Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün daha bir mərhələ qalır. Pley-offdakı rəqibimiz “Qarabağ”la bir neçə il əvvəl qarşılaşmışıq və onların necə güclü komanda olduğunu bilirik. Lakin bu turnirdə irəliləmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında ilk oyun avqustun 19-da Budapeştdə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

Seçilən
1
msport.az

1Mənbələr