ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
"Diva" Bülent Ersoy, konsertdə playback edən sənətçilərə eyham vurduqdan sonra indi də tamaşaçısına söyüş söydüyü iddiası ilə gündəmdədir. Ersoydan bu iddialara cavab gecikmədi.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, usta sənətçi, sosial şəbəkədə yayımladığı sərt sözlərlə diqqət çəkib. Paylaşımında kimə eyham vurduğu isə maraq doğurub. Çox danışılan həmin paylaşımda Bülent Ersoy bunları yazıb:
“Camaatın diqqətinə! Mən zəfərlərin qadınıyam! İndi evinizə! Millətin dəvətli qonaqlarla belə doldura bilmədiyi Antalya Açıqhava Səhnəsini aslanlar kimi doldurdum, daşırdım. Konsertdə texnologiyanın arxasına sığınıb oxuyurmuş kimi edib xalqı aldadan, saxtakarlıq edən sizlərə səslənirəm: Mənə baxın, adam olun! Səsiniz yoxdursa insanları aldatmayın. Rədd olun, evinizə gedin. 74 yaşında bir qadın texnologiyanın heç bir imkanından istifadə etmədən, səsini parçalarcasına oxuya bilirsə bax bu, xalqa hörmət, alın təri, doğruluq və dürüstlükdür. Ah Müzeyyen bacım ah… Ah Zeki bəyim ah… Bu gün yaşanan bu rüsvayçılıqları görsəydiniz, musiqi naminə içiniz qan ağlayardı. Amma narahat olmayın, yattığınız yerdə rahat olun, çünki onların hamısının öhdəsindən yalnız mən gələrəm və gəlirəm də... Bir vaxtlar dediyim kimi: Mən bu bitmişləri ağlımladöyər, səsimlə basdıraram"!
"Ey oxuya bilməyənlər, səsini itirmiş olanlar yalançılar. Elə dodaq oynadaraq xalqı aldada bilməzsiniz. Bir müddət əvvəl aldığım dəqiq xəbəri də musiqisevərlərə çatdırmaq istəyirəm: “Çox qiymətli” deyilən bir sənətkarın səhnədə etdiyi playback zamanı salondakı tamaşaçılar: Biz playback dinləməyə gəlməmişik, əgər belə olacaqdısa kaseti qoyub dinləyərdik - deyərək ön masalarını tərk edib oyun salonuna keçiblər. Çox təəssüf edirəm. Yazıq ki, bunlar böyük adlardır. Oxuya bilmirsiniz! Keçmişdə qazandıqlarınızdan yeyirsiniz, amma unutmayın ki, hazıra dağ dözməz qızlar. Yoxsa sizə belə etiraz edərlər, xalqın şilləsini də yeyərsiniz. Bax, son Antalya Açıqhava konsertimdə də hamınıza şilləni vurdum. Çünki mən zəfərlərin qadınıyam”.
Söyüş iddiası
Playback edənlərə sərt çıxış edən Ersoy, indi də onu izləməyə gələnlərə söyüş söydüyü iddiası ilə gündəmdədir.
Bülent Ersoyun cavabı:
“54 illik sənət həyatımda bu qədər əsassız və həqiqətdən uzaq ittihamlarla üzləşmək ömrünü Türk musiqisinə və aziz millətinə həsr etmiş bir sənətkar üçün son dərəcə incidici və üzücüdür. Bu gün bəzi mediada yer alan "Tamaşaçısına hörmətsizlik etdi" xəbərləri tamamilə manipulyasiya məhsuludur və həqiqətin təhrif olunmuş halıdır. Mənim üçün siz əziz və hörmətli dinləyicilərim hər zaman baş tacım, ən böyük dəyərim olmusunuz. Bu səbəbdən həqiqəti öz dilimdən sizə çatdırmaq borcumdur.
Çox dəyərli dostum Orhan Gencebay ustadın "Bir Teselli Ver" əsərini ifa edərkən, mahnının müəyyən hissəsində vurduğum yüksək notların verdiyi coşqu və ardınca gələn alqış tufanı ilə özümə kompliment olaraq "Nə gözəl oxudun Bülent" mənasında, zarafatyana bir ifadəni öncə özüm-özümə dedim. Ardınca, ən öndə oturan Kiprli yaxın dostum İpek xanıma baxaraq təkil şəkildə "qız" sözünü işlətməyim, ümumilikdə salona deyil, konkret bir şəxsə yönəldiyimin açıq sübutudur. Əgər iddia edildiyi kimi bütün salona demiş olsaydım, başım dik, üzüm bütün tamaşaçılara dönük olardı. Hamı bilsin ki, 54 illik sənət həyatımda məni mən edən Türk xalqına heç vaxt hörmətsizlik etmədim, bu mümkün də deyil. İndiyədək belə bir hadisə olmayıbsa, 54 ildən sonra da belə bir şey ola bilməz. Tamaşaçım mənim baş tacımdır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.