AZ

Gürcüstanda 12 Türkiyə vətəndaşı saxlanıldı

TBİLİSİ, 13 avqust. TELEQRAF

Gürcüstanda 12 Türkiyə vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə bildirilib.

Saxlanılan şəxslər Türkiyə tərəfindən İnterpolun “qırmızı bülleteni” ilə son 5 ildə axtarışda olublar.

İstintaqla müəyyən edilibi ki, Türkiyə vətəndaşlarının 8-i beynəlxalq axtarışa verilməmişdən öncə Gürcüstan ərazisinə daxil olub, 4-ü isə ölkəyə qanunsuz giriş edib.

Türkiyə tərəfinin müvafiq qurumlarının iştirakı ilə saxlanılan şəxslər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinirlər. Onlardan birinin üzərinə keçirilmiş baxış zamanı qanunsuz saxlanılan odlu silah və döyüş sursatı maddi sübut kimi götürülüb.

Hazırda Türkiyə vətəndaşları ilə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiyadan öncəki prosedurlar həyata keçirilir.

Seçilən
26
teleqraf.com

1Mənbələr