
Seul məhkəməsi çərşənbə axşamı Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Kun Hee-ni rüşvətxorluq, səhm dələduzluğu və nüfuzundan ticarət naminə istifadə ittihamı ilə həbs edib.
Reyting.az xəbər verir ki, ittihamlarla razılaşmayan Kim Kun Hee cinayət ittihamı ilə həbs edilən ilk keçmiş birinci xanımdır.
İstintaq iddia edir ki, o, biznesmenlərdən, din xadimlərindən və siyasi vasitəçilərdən onların maraqlarına aid məsələlərdə müsbət qərarlar qəbul etmək müqabilində 43 min dollarlıq Van Cleef kulon, iki Chanel çantası və brilyant boyunbağı da daxil olmaqla, bahalı hədiyyələr alıb.
Prokurorların fikrincə, kulon 2022-ci ildə NATO sammitində taxmaq üçün tikinti şirkəti tərəfindən verilib və qanunun tələb etdiyi kimi, maliyyə hesabatlarında göstərilməyib.
Kim Kun Hee-nin müdafiəçisi ittihamları əsassız hesab edir. Məhkəmə isə sübutların məhv edilməsi və istintaqa müdaxilə riski ilə bağlı prokurorun arqumentləri ilə razılaşıb.
V. QULİYEV