AZ

Hovuzda HƏYƏCANLI ANLAR: 12 yaşlı qızın saçlarını sualtı boru SORDU – VİDEO

Moskvada 12 yaşlı qızın saçlarını sualtı boru sorub.

İnterpress.az xəbər verir ki, Rusiyanın paytaxtında yerləşən hovuzda 12 yaşlı məktəbli qızın saçları hovuzun dibindəki boruya ilişərək sorulub. Hadisə zamanı qız boğulmaq təhlükəsi ilə üzləşib.

Əvvəlcə anası onu çıxarmağa çalışsa da, uğursuz olub. Daha sonra hovuz işçisi dərhal müdaxilə edərək qızı xilas edib.

Məktəbli təcili olaraq xəstəxanaya aparılıb. Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
interpress.az

1Mənbələr