AZ

Braziliyada zavodda partlayış: 9 ölü

Braziliyada partlayıcı məhsullar istehsal edən zavodda partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Parana ştatının qubernatoru Ratinyo Junior X hesabında məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində doqquz nəfər həyatını itirib.

"Kuatru-Barrasda baş verən partlayışda həlak olan doqquz nəfərə görə dərin təəssüf hissi keçirirəm", - deyə o yazıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Seçilən
27
2
axar.az

3Mənbələr