AZ

ABŞ nin ən gizli hüquqi sənədləri ələ keçirildi Rus hakerlər illərlə...

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ federal məhkəmələrindəki ən gizli hüquqi sənədlər kiber hücum nəticəsində ələ keçirilib.

Bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Məlumata görə müfəttişlər federal məhkəmə sistemindəki gizli materialların sızdırılması ilə bağlı araşdırmalarda Rusiyanı işarə edən dəlillər tapıblar.

Məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, hakerlər sistemə sızmaq üçün uzun illər davam edən kiber kampaniya həyata keçiriblər. Lakin hücumun arxasındakı rus qurumlarının kimliyi və digər ölkələrin mümkün iştirakı hələlik dəqiqləşməyib.

Qəzetin əldə etdiyi daxili yazışmaya əsasən, federal məhkəmə rəhbərliyi qısa müddət əvvəl Ədliyyə Nazirliyinin əməkdaşlarını və hakimləri qorunan iş materiallarının təhlükəyə düşməsi barədə rəsmi şəkildə xəbərdar edib. Araşdırmalara görə, hakerlər xüsusilə beynəlxalq bağlantılar olan cinayət işlərinə dair ən azı səkkiz federal bölgə məhkəməsinin sənədlərinə yönəliblər.

ABŞ rəsmiləri hücumu kimin həyata keçirdiyi və hansı məlumatların ələ keçirildiyi barədə hələlik açıqlama verməyiblər. Rusiya isə iddialara cavab verməyib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
azpolitika.info

1Mənbələr