AZ

Tesla robotaksi xidməti işə salmağa hazırlaşır

Ajans.az CNBC-ə istinadən xəbər verir ki,şirkətin saytında sərnişindaşıma xidmətləri göstərəcək və Tesla-nın süni intellekt (AI) sistemini təkmilləşdirmək üçün məlumat toplayacaq sürücülər üçün vakansiyalar yerləşdirilib. İş yerlərinin ünvanı kimi Queens və Bruklin bölgələri göstərilib. Məlumata görə, Tesla xidmətini hələ ki, sükan arxasında sürücü olan avtomobillərlə həyata keçirməyi planlaşdırır. Nyu-York qaydalarına əsasən, pilotsuz nəqliyyat vasitələri sınaqdan keçirilərkən sükan arxasında insan olmalı və operator səlahiyyətli qurumlardan icazə almalıdır. Nyu-York Nəqliyyat Departamenti isə CNBC-yə açıqlamasında Tesla-nın icazə üçün müraciət etmədiyini təsdiqləyib. Hazırda Şimali Amerikada robotaksi sahəsində lider olan Waymo da Nyu-Yorkda fəaliyyətə başlamağa hazırlaşır və onların müraciəti yerli Nəqliyyat Departamenti tərəfindən nəzərdən keçirilir. Tesla iyulun sonunda San-Fransiskoda robotaksi xidmətini istifadəyə verib, lakin avtomobillərdə hələ də sürücülər mövcuddur. Texasda isə şirkət sürücü oturacağında insan olmadan da pilotsuz nəqliyyat vasitələrindən istifadə edə bilir. Avqustun əvvəlində məlum olub ki, Tesla səhmdarları robotaksi layihəsi ilə bağlı şirkətə və onun baş direktoru İlon Maska qarşı məhkəmə iddiası qaldırıblar. Onlar iddia edirlər ki, Maskın addımları korporasiyaya maliyyə zərəri vurur və şirkətin kapitallaşmasını azaldır.

 

Seçilən
10
Ajans.az

1Mənbələr