AZ

UEFA əmsallar cədvəli: Qarabağ ın qələbəsi Azərbaycanın mövqeyini möhkəmləndirib

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə cavab oyunundakı qələbəsi ilə ölkəmizə UEFA reytinqində daha bir xal qazandırıb.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin növbəti qələbəsi (5:1) sayəsində Azərbaycanın balansına daha 0.250 xal əlavə olunub.

Beləliklə, Azərbaycanın 19.250 xalı var və hazırda 28-ci yerdədir. Həmin reytinqdə Ukrayna bir pillə irəlidədir (19.600), Rusiya isə (18.299) geridədir.

Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
oxu.az

3Mənbələr