İsrail hökuməti Qəzza zolağında atəşkəs rejiminə dair dialoqun mümkün bərpası və israilli girovların azad edilməsi ilə bağlı Qətər rəsmiləri ilə danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyətini Dohaya göndərməyi düşünür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın Axios portalının müxbiri Barak Ravid mənbələrə istinadən məlumat verib.
Onun sözlərinə görə, İsrail nümayəndə heyəti Qətərə gələrsə, tərəflər anklavda döyüşləri dayandıracaq və Fələstinin radikal HƏMAS hərəkatının əlində qalan bütün girovları azad edəcək hərtərəfli sazişin hazırlanmasını müzakirə etməli olacaqlar.
Məryəm Quliyeva