AZ

Rubio və Lavrov Alyaska sammitinə hazırlığı müzakirə edib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Hər iki tərəf görüşün uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqləyib”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığın müəyyən aspektləri müzakirə edilib.

“Hər iki tərəf görüşün uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqləyib”, - deyə qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
ayna.az

1Mənbələr