AZ

Rusiya Malyuku iki “İskəndər”lə vurmaq istəyib “Bu, məni daha da motivasiya edir”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi general Vasili Malyukun gəlməli olduğu komanda məntəqəsinə iki “İskəndər”raketi atıb. Lakin bu sui-qəsd cəhdi baş tutmayıb.

“AzPolitika” xəbər verir ki, bunu general Malyuk yerli telekanala müsahibəsində deyib.

SBU rəhbəri bildirib ki, indiyə qədər ona qarşı xeyli sayda sui-qəsd cəhdləri olub:

"Onlar bunun üzərində daim işləyirlər və 2022-ci il oktyabrın 8-də Krım körpüsünə ilk zərbədən sonra bu, onların prioritetidir. “Pautina” əməliyyatından sonra isə onlar bununla yaşayırlar. Biz bunu başa düşürük",

O qeyd edib ki, təhlükəsizlik baxımından bütün təfərrüatları aça bilmir: "Təbii ki, mən yaşayış yerimi dəyişirəm. Onlar çalışırlar, lakin diversiya yolu ilə bizə çata bilmirlər. Ona görə də indi raket və PUA hücumlarına üstünlük verirlər. Bu, məni qətiyyən narahat etmir, əksinə, yalnız motivasiya edir".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
azpolitika.info

1Mənbələr