Son günlər sosial şəbəkələrdə Bakıda yay mövsümü ilə əlaqədar davamiyyətin az olduğu bağçaların bağlanması iddiası səsləndirilir.
Far.Az report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən cavab olaraq yay mövsümü ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində müəyyən günlərdə uşaqların davamiyyətində qismən azalma müşahidə olunduğu qeyd edilib.
Qurumdan qeyd edilib ki, azalmaya baxmayaraq, bağçalar normal fəaliyyətini davam etdirir: "Məktəbəqədər təhsil müəssisələrindəki təlim prosesində fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".