AZ

Dünya rekordunu 13-cü dəfə yenilədi

İsveçli atlet Armand Duplantis kişilər arasında dayaqla tullanmada 6,29 metr hündürlüyə çataraq öz dünya rekordunu yeniləyib.

"Unikal" xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Atletika Assosiasiyasının Kontinental Turunda qızıl kateqoriyasında yarışan Duplantis yeni rekorda imza atıb.

25 yaşlı isveçli idmançı ikinci cəhdində 6,29 metr məsafəni qət edərək, indiki dünya rekordunu 13-cü dəfə yeniləyib.

Seçilən
42
2
unikal.az

3Mənbələr