İsrail hökuməti Qəzza zolağında atəşkəs rejiminin bərpası və israilli girovların azad edilməsi məsələsini müzakirə etmək üçün yüksək səviyyəli nümayəndə heyətini Dohaya göndərməyi nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, İsrail nümayəndə heyəti Qətərə səfər edərsə, tərəflər döyüşlərin tam dayandırılmasını və HƏMAS-ın əlində qalan bütün girovların azad edilməsini nəzərdə tutan hərtərəfli sazişin hazırlanmasını müzakirə edəcəklər.