Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.