AZ

Həmin binanın sahibi həbs edildi

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən zəlzələdə uçan 4 mərtəbəli binanın sahibi həbs edilib, podratçısı isə evdən çıxmamaq şərti ilə sərbəst buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb. 

Bildirilib ki, 4 mərtəbəli binanın uçması ilə bağlı saxlanılan binanın podratçısı S.S. və sahibi İ.E.K-nın polis idarəsindəki istintaqı tamamlanıb.

Şübhəlilər tibbi müayinədən sonra Sındırgı Ədliyyəsinə göndəriliblər.

Bina sahibi İ.E.K. məhkəmənin qərarı ilə həbs edilib, podratçı S.S. isə ev dustaqlığı ilə sərbəst buraxılıb.

Seçilən
18
operativmm.az

1Mənbələr