ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 68,89 ABŞ dollarından 67,22 dollaradək artırıb.
FED.az ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 63,58 dollar (öncəki proqnoz – 65,22 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 51,43 dollar (öncəki proqnoz – 58,48 dollar), WTI-nın isə 47,77 dollar (öncəki proqnoz – 54,82 dollar) olacaq.
Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib (Apa).