AZ

Luis Enrike: “Onlar bir aydır hazırlığa başlayıb, biz isə cəmi bir həftə məşq edirik”

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Superkubokunda "Tottenhem"lə oyundan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, UEFA-nın rəsmi saytına açışqlama verən ispaniyalı mütəxəssis komandasının qalib gələcəyinə inandığını bildirib:

"Bu dəfə PSJ mövsümə bir az fərqli başlayır. Bu, böyük hadisədir, böyük mərhələdir. İlk matçımızı səbirsizliklə gözləyirik. Bilmirəm "Tottenhem"in planı nə olacaq. Komanda bu yaxınlarda yeni baş məşqçi ilə anlaşıb. Onlar bir aydır hazırlığa başlayıb, biz isə cəmi bir həftə məşq edirik.

Amma bu, bəhanə deyil. Biz hər şeyimizi verəcəyik ki, qalib gələk. Meydançaya çıxmaq üçün səbirsizlənirik. Ümid edirəm ki, biz öz oyunumuzu oynayıb qələbə qazanacağıq".

Qeyd edək ki, PSJ - Tottenham oyunu bu gün İtaliyanın Udine şəhərindəki "Stadio Friuli" arenasında keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
sport24.az

1Mənbələr