AZ

Təhlükəsizlik zəmanəti olmadan sülhün mümkün deyil - Zelenski

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Zelenski müharibəni bitirmək üçün atəşkəs və təhlükəsizlik zəmanəti şərtlərini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək planının əsasını atəşkəs, ABŞ-ın vasitəçiliyi ilə danışıqlar və aydın təhlükəsizlik zəmanətinin təşkil etdiyini bildirib. O, Avropa və ABŞ-ın bu prosesdə iştirakı və zəmanət mexanizmlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Zelenski, Rusiya prezidenti Vladimir Putinin Donbasdan çəkilmə tələbinin mümkün olmadığını deyərək, bunun yeni müharibəyə yol aça biləcəyini qeyd edib. “Donbası tərk etməyəcəyik. Torpaqlarımız qanunsuz olaraq işğal olunub. Əgər çəkilsək, rusların gələcək hücumları üçün şərait yaradarıq” – deyə o, bildirib. Ukrayna lideri Donbasın strateji əhəmiyyətinə toxunaraq, geri çəkilmənin Zaporojye və Xarkov istiqamətlərində təhlükə yaradacağını vurğulayıb.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında atəşkəs imkanları son aylarda beynəlxalq müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Seçilən
2
turkic.world

1Mənbələr