AZ

Husilərdən İsrailə cavab zərbəsi – kritik hədəflər vurulduğu iddia olunur

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Dünən gecə saatlarında Husilər Məscidül-Əqsa basqınına cavab olaraq İsrailə hücum həyata keçirib.

TurkicWorld xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər İsrail əsgərlərinin Məscidül-Əqsaya basqınından sonra altı pilotsuz təyyarə ilə İsrailin dörd bölgəsinə zərbə endirdiklərini açıqlayıb. Husi ordusunun sözçüsü Yəhya Seri hücumların cənubdakı Bir-es-Sebi (Bershawa), Nəcəf və Əliat şəhərlərinə, həmçinin şimaldakı Hayfaya yönəldiyini və “kritik hədəflərin” vurulduğunu iddia edib.

Qeyd edək ki, husilər bu hücumları İsrailin Qəzza zolağında fələstinlilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara, Məscidül-Əqsaya basqınlara və müqəddəs məkanlara qarşı pozuntulara cavab olaraq etdiklərini bildiriblər. İsrail tərəfi isə məsələ ilə bağlı açıqlama verməyib. Yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasının pozulmasından sonra husilər vaxtaşırı ballistik raketlər və PUA-larla İsraili hədəfə alır.

Seçilən
3
turkic.world

1Mənbələr