Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Tramp Putinin gözünə baxaraq, vəziyyəti qiymətləndirməyə çalışacaq”
Donald Trampın Vladimir Putinlə cümə günü Alyaskada planlaşdırılan görüşü Kremlin qələbəsi deyil və Rusiyaya güzəşt kimi qəbul edilməməlidir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
O, görüşün tanışlıq xarakteri daşıdığını, Trampın vəziyyəti Putinin “gözünə baxaraq” qiymətləndirməyə çalışacağını qeyd edib.
Rubio deyib ki, Tramp Putinlə telefon danışıqlarında istənilən nəticəni əldə etməyib. Ona görə də, ABŞ Prezidenti vəziyyəti qiymətləndirmək üçün Rusiya başçısı ilə şəxsən görüşmək qərarına gəlib: "Prezident Tramp üçün görüş(Putinə) güzəşt deyil. Xəbərlərə baxsanız, insanların ağlını itirdiyini görərsinzi: "Ah, Putinin qələbəsi oldu, Putin görüş qazandı!" Heç onun özü bunu bu cür görmür. Görüş mövqeləri aydınlaşdırıb qərar vermək üçündür. Prezident də bunu etmək istəyir”.
Rubio qeyd edib ki, cümə günü Alyaskada keçiriləcək görüş "uğur şansının olub-olmadığını aydınlaşdıracaq".
Eyni zamanda, Rubio danışıqların çətin olacağını etiraf edib, çünki "bu müharibə Putin üçün çox vacibdir".
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.