AZ

Qusarda ana doğuşdan sonra ölüb

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, qeysəriyyə əməliyyatından sonra komaya düşən Y.Ospatova ötən gün xəstəxanada dünyasını dəyişib.

Y.Ospatovanın dünyaya gətirdiyi qız uşağının vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu onun ikinci hamiləliyi olub.

MƏLUMAT YENİLƏNİR

Seçilən
32
40
report.az

10Mənbələr