Hamilə qadını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb
Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə bazar ertəsi axşam Melburnun cənub-şərqində yerləşən Mount Waverley bölgəsində baş verib. Polis çağırışı nəticəsində 39 yaşlı Afina Georgopoulos və 50 yaşlı Endryu Qunn-un cəsədləri onların mənzilində aşkar edilib. Yaxınlıqdakı divarlarda “xəyanət” və “bəsdir” sözlərinin yazıldığı qraffitilər də diqqət çəkib. Hadisədən bir neçə saat sonra Judd, hadisə yerindən təxminən 7 km aralıda yerləşən qatar stansiyasında saxlanılıb. O, iki qətl ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Prokurorlar işin mürəkkəbliyini və qurbanların yarılma prosesinin gecikməsini əsas gətirərək sübutların xülasəsini hazırlamaq üçün əlavə 10 həftə vaxt istəyiblər. Hakim işin yanvar ayına təxirə salınmasına qərar verib. Polis açıqlamasında bildirib ki, şübhəli şəxs cənab Qunn-u tanıyır, lakin onların dəqiq münasibəti hələ müəyyənləşdirilməyib. İlkin istintaqa görə, şübhəli bazar ertəsi axşam mənzilə gəlib və tərəflər arasında mübahisə yaranıb. Yerli mətbuatın məlumatına görə, Georgopoulos beş aylıq qız uşağına hamilə olub. Judd barəsində həbs qətimkan tədbiri seçilib və istintaq davam edir.