BAKI, TurkicWorld, Nərmin Ağayeva
Suriya ilə Türkiyə arasında diplomatik təmaslar davam edir.
TurkicWorld xəbər verir ki, Xarici İşlər Nazirliyi Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin bu gün Türkiyəyə səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, son aylarda Ankara və Dəməşq arasında əlaqələrin normallaşdırılması istiqamətində intensiv diplomatik danışıqlar aparılır.