Yeni Merge Labs layihəsi beyin-kompüter interfeysləri üzərində işləyəcək...
OpenAI şirkəti və onun həmtəsisçisi Sem Altman yeni Merge Labs layihəsinə investisiya yatırmağa hazırlaşırlar.
Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Bu layihə Elon Maskın 2016-cı ildə təsis etdiyi və beyin implantları sahəsində lider olan Neuralink şirkəti ilə rəqabət aparacaq.
FT-nin məlumatına görə, Neuralink artıq bir neçə xəstəyə uğurla çip yerləşdirib. Bu çiplərdən beyinə incə elektrodlar vasitəsilə qoşulur ki, bu da insanın kompüterə nəzarət etməsinə imkan verir. Merge Labs layihəsi də məhz belə “beyin-kompüter” interfeyslərinin hazırlanması üzərində fokuslanacaq.
Bu addım OpenAI və Elon Mask arasında biznes rəqabətini daha da gücləndirəcək.
Poliqon.info