Bu gün İranın 18 əyalətində dövlət qurumları həddindən artıq istilər səbəbindən artan enerji istehlakını kompensasiya etmək üçün bağlanacaq.
Publika.az xəbər verir ki, bu barədə İranın “Entekhab” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, İranda havaların istiləşməsi ilə enerjiyə qənaət tətbiqləri artıb. Paytaxt Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün son günlər müxtəlif bölgələrdə gündəlik iki saatlıq elektrik enerjisi kəsilib. Kondisionerlərdən istifadənin artması səbəbindən isti havalarda enerji tələbatının pik həddə çatması ilə əlaqədar səlahiyyətlilər tez-tez ictimaiyyəti resurslara qənaət etməyə çağırırlar.
Qeyd olunub ki, ölkəyə və enerji istehlakına təsir edən yüksək temperaturun qarşısını almaq üçün bəzi əyalətlərdə dövlət qurumları bir günlük bağlanacaq. Bu əyalətlərə Yəzd, Cənubi Xorasan, Xuzistan, Mazandaran, Semnan, Qum, Kürdüstan, Hürmüzqan, Kirmanşah, Əlburz, Mərkəzi, Gülistan, Qəzvin, Kirman, Şimali Xorasan, Rəzəvi Xorasan, Zəncan və Həmədan aiddir.