ABŞ Dövlət katibi Alyaska görüşünün təşkilini Rusiyanın qələbəsi kimi qiymətləndirməyə qarşı çıxıb...
Poliqon xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp və Vladimir Putin arasında baş tutacaq görüş ABŞ tərəfdən heç bir güzəşt anlamına gəlmir.
Rubio bəzi şəxslərin görüşü Rusiyanın qələbəsi kimi qiymətləndirməsini tənqid edərək deyib: “İnsanlar anlamalıdırlar ki, prezident Tramp üçün bu görüş güzəşt deyil”.
Rubio görüşün əsas məqsədinin “məsələləri araşdırmaq və qərar vermək” olduğunu vurğulayıb. Rubio əlavə edib ki, Tramp “bütün faktları bilmək və bu şəxsin gözlərinə baxmaq” istəyir.
“Prezidentin hədəfi budur. Düzünü desəm, düşünürəm ki, görüşün erkən mərhələsində biz bu işin uğur şansının olub-olmadığını başa düşəcəyik”, deyə Dövlət katibi vurğulayıb.
Poliqon.info