AZ

Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir

Azərbaycan Türkiyəyə qoyulan birbaşa xarici sərmayələrin həcmi üzrə aparıcı ölkələr sırasındadır. Bu barədə  TRT xəbər verir.

Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin məlumatına görə, cari ilin ilk altı ayında Türkiyəyə ən çox Niderland  xarici sərmayə qoyub (35%). Növbəti yerləri Qazaxıstan (16%), ABŞ (10%), Almaniya (6%) və Azərbaycan (5%) tutur.

Ümumilikdə, bu ilin ilk 6  aylında Türkiyəyə 6,3 milyard dollar həcmində birbaşa xarici sərmayə qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% çoxdur.

Bəyanatda bu göstəricilərin Türkiyə hökumətinin iqtisadi proqramına investorlarda yüksək inamı əks etdirdiyi vurğulanıb.

N.Təbrizli

Seçilən
17
1
anews.az

2Mənbələr