AZ

Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI

"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" PHŞ tərəfindən elan edilən tender ləğv edilib.

Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
475 min manatlıq satınalma yarımçıq qaldı - DETALLAR

FED.az xəbər verir ki, tender Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi kompleksinin tikinti işlərinin satınalınması üzrə elan edilmişdi. 

Tender 18 may 2025-ci il saat 01:12-də dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı 29 may 2025-ci il saat 17:00-da baş tutmalı idi. Layihənin ehtimal olunan qiyməti 12 829 949 manat təşkil edirdi.

Ləğv qərarı ilə bağlı rəsmi açıqlamada səbəb kimi yalnız nəzarət orqanının qərarı göstərilib, başqa detallar açıqlanmayıb. 

Seçilən
4
fed.az

1Mənbələr