Argentina təmsilçisi olan avtoidmançı Klaudio Seqarra Rio-Kuartoda keçirilən məşq yürüşü zamanı həlak olub.
Publika.az xəbər verir ki, bu barədə A24 məlumat yayıb.
Hadisə ötən həftəsonu baş verib. Seqarra ilk dövrəsinə başlayarkən əsas düz yola çıxışda avtomobilin idarəetməsini itirib. Maşın idarədən çıxaraq texniki zonanın girişindəki divara çırpılıb.
Hadisə yerinə gələn tibbi yardım əməkdaşları dərhal müdaxilə ediblər. Seqarraya hadisə yerində ürək-ağciyər reanimasiyası tətbiq olunub, daha sonra o, Rio-Kuartodakı tibb mərkəzinə aparılıb. İdmançı reanimasiya şöbəsində saxlanılsa da, bir neçə saat sonra aldığı xəsarətlər səbəbindən həyatını itirib.
Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma davam edir.