Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Amerika liderindən Stiv Vitkoff vasitəsilə görüşməyi xahiş edib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin xahişindən sonra onunla görüşməyə razılaşıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Ağ Evin mətbuat katibi Karolayn Leavitt Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynada müharibəyə son qoymağın yollarını tapmaq üçün Alyaska sammitinə niyə dəvət edilməməsi ilə bağlı suala belə cavab verib: "Rusiya Prezidenti ABŞ Prezidentindən onunla danışmaq üçün Rusiyaya səfər etmiş xüsusi nümayəndəsi Stiv Vitkoff vasitəsilə görüşməyi xahiş edib. Beləliklə, Prezident Putinin xahişi ilə bu görüşə razılıq verib. Görüşün məqsədi Prezident üçün bu müharibəni necə bitirə biləcəyimizi daha yaxşı başa düşməkdir".
Ağ Ev həmçinin Putin-Tramp görüşünün Ankoriçdə baş tutacağını təsdiqləyib, baxmayaraq ki, “başqa yerlər nəzərdən keçirilib”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.