1959-cu ildə itkin düşən britaniyalı meteoroloq Dennis “Tink” Bellin qalıqları 66 ildən sonra Antarktika buzlaqında tapılıb.
AzPost bildirir ki, bu barədə CNN xəbər yayıb.
Bell Kinq Corc adasındakı tədqiqat ekspedisiyasının üzvü olub. O, buzdakı dərin çata düşərək faciəvi şəkildə ölüb. Onun ölüm yeri sərt şərait və buz örtüyünün qalınlığı səbəbindən əlçatmaz olaraq qalmışdı və yalnız buzlaqın bu yaxınlarda əriməsi onun qalıqlarını aşkar etməyə imkan verib. Meyitin yanında 200-dən çox şəxsi əşyalar -radiotexnika, fənər, xizək dirəkləri, qol saatı, İsveç bıçağı, tütək digər əşyalar aşkar edilib. Buzlaq bu əşyaları konservləşdirərək saxlayıb.
Bu kəşf Bellin ailəsi üçün şok olub. Avstraliyada yaşayan qardaşı David deyib ki, o və bacısı bu xəbərdən heyrətləniblər. Onilliklər ərzində nə baş verdiyindən xəbərsiz olmuş ailə üzvləri şok və rahatlıq qarışığı yaşayıblar.
Britaniyanın Antarktika Tədqiqatının direktoru professor Ceyn Frensis hadisəni “təsirli” adlandırıb və xatırladıb ki, bu hekayə tədqiqatçıların planetin xəritəsində boş ləkələr aşkar edərkən üzləşdiyi təhlükələri əks etdirir.
Mütəxəssislər tapılan qalıqları və əşyaları Antarktidada aparılan elmi araşdırmalar tarixi çərçivəsində ailəyə vermək və gələcək nəsillər üçün qorumaq üçün Böyük Britaniyaya çatdırmağı planlaşdırır.