Finss.az xəbər verir ki, ABŞ fond indeksləri bazar ertəsi ticarətin sonunda ucuzlaşıb.
Bazar iştirakçıları Stiven Miranın Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının vakant vəzifəsinə namizəd kimi irəli sürülməsi ilə bağlı xəbərləri qiymətləndirməyə davam ediblər. Analitiklərin fikrincə, bu təyinat FED-in əsas uçot dərəcəsinin erkən endirilməsi ehtimalını artıra bilər.
Çərşənbə axşamı ABŞ-da iyul ayı inflyasiyasına dair məlumatlar, bu həftənin sonunda isə sənaye istehsalı və pərakəndə satış üzrə hesabatlar dərc olunacaq. Trading Economics-in sorğusuna qatılan analitiklər ABŞ-da istehlak qiymətlərinin artım tempinin iyunda 2,7%-dən 2,8%-ə qədər sürətləndiyini proqnozlaşdırırlar.
E*Trade-dən Chris Larkin, "Bu məlumatlarda sürprizlərə bazar reaksiyası kifayət qədər güclü ola bilər, xüsusən də inflyasiya gözləniləndən yüksək olarsa və treyderlər FED-in növbəti iclasında dərəcələri azaltmayacağına inanırlar".
Bu arada, Citigroup analitikləri ABŞ-ın S&P 500 fond indeksi ilə bağlı proqnozlarını bu ilin sonuna qədər əvvəllər gözlənilən 6300 bənddən 6600 bəndədək yaxşılaşdırıblar. Onlar indeksin 2026-cı ilin ortalarına qədər 6900 bəndədək yüksələcəyini gözləyirlər (əvvəlki proqnoz 6500 bənd idi).