ABŞ-ın Kaliforniya Universitetinin (UC Davis) alimləri gözlərin yenidən bərpasına imkan verən əsas genetik mexanizmi müəyyən ediblər.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, araşdırma qızıl alma salyangozu (Pomacea canaliculata) üzərində aparılıb.
Mütəxəssislər müəyyən ediblər ki, bu canlılarda “Pax6” adlı gen göz toxumalarının regenerasiyasında həlledici rol oynayır. Təcrübələr göstərib ki, göz çıxarıldıqdan sonra salyangozlarda təxminən 9 min genin fəaliyyəti dəyişir və bir ay ərzində yeni göz tam formalaşır.
CRISPR/Cas9 texnologiyası ilə “Pax6” geni deaktiv edildikdə isə bu proses dayanır. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf insanlarda da görmə qabiliyyətinin bərpası üçün yeni müalicə üsullarının inkişafına yol aça bilər.