AZ

“Avropa üçlüyü” İrana sanksiyaların bərpası üçün BMT yə müraciət edib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ilə bağlı danışıqların bərpa olunmaması halında, BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını bərpa edəcək “snapback” mexanizminin işə salınması üçün BMT-yə müraciət edib.

"Report"un xəbərinə görə, bu barədə "Financial Times" üç ölkənin xarici işlər nazirlərinin BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına məktubuna istinadən yazıb.

"Biz açıq şəkildə bildirdik ki, İran 2025-ci ilin avqust ayının sonuna kimi diplomatik həll yoluna getmək istəməsə, “Avropa üçlüyü” mexanizmi işə salmağa hazırdır", - məktubda deyilir:

Daha əvvəl “Axios” mənbələrə istinadən xəbər verib ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
4
azpolitika.info

5Mənbələr