AZ

“Putinin gözünün içinə baxmaq lazımdır”

ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçiriləcək sammiti ABŞ və Rusiya prezidentləri Donald Tramplə Vladimir Putin arasında tanışlıq görüşü kimi qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu fikri “77 WABC” radiostansiyasına müsahibəsində bildirib.

“Düzünü desəm, düşünürəm ki, bu, tanışlıq xarakterli görüş olacaq. Putinlə bir neçə dəfə telefon danışığından sonra Prezident hiss edir ki, masa arxasında onun gözlərinin içinə baxmaq lazımdır. Qiymətləndirmək üçün onunla üz-üzə görüşməlidir”, - Rubio deyib.

Dövlət katibi görüşün Rusiya tərəfinə güzəşt olması ilə bağlı tənqidləri rədd edib.

“Prezident Tramp üçün görüş güzəşt deyil. O, buna belə baxmır. Görüş vəziyyəti başa düşmək və qərar qəbul etmək üçün etdiyiniz bir şeydir”, - diplomat əlavə edib.

Seçilən
5
3
qafqazinfo.az

5Mənbələr