Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.
Xəbər verilir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Araşdırmalar aparılır.
Laçında qətlə yetirilən Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış.
S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı saxlamaq üçün getdikləri deyilir. Mübahisə elə əldə edilən bal məhsulu üstündə yaranıb.